Kabildə diplomatik məhəllədə PARTLAYIŞ


Dünya 01 İyl 2019 13:14:00 235 0

Kabildə diplomatik məhəllədə PARTLAYIŞ

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, partlayış paytaxtın diplomatik nümayəndəlik və səfirliklər yerləşən məhəlləsində qeydə alınıb. Milli Müdafiə Nazirliyinin də həmin ərazidə yerləşdiyi qeyd edilir.

Məlumata görə, hadisə nəticəsində azı 34 nəfər həlak olub. Daha 68 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yeri təhlükəsizlik və polis qüvvələri tərəfindən mühasirəyə alınıb.