Ötən ilin dövlət büdcəsi profisitlə icra olunub


Digərləri 01 İyl 2019 13:06:00 193 0

Ötən ilin dövlət büdcəsi profisitlə icra olunub

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilib.

Bakı. 2018-ci il dövlət büdcəsinin gəlirlərinin 40 faizdən çoxu qeyri-neft sektorunun payına düşüb Trend-in məlumatına görə, bu barədə ötən Milli Məclisdə qəbul olunmuş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanunda deyilir. 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22149,0 mln. manat proqnoza qarşı 22508,9 mln. manat və ya 101,6 faiz icra olunub. 2018-ci ildə dövlət büdcəsi gəlirlərinin 40,5 faizini qeyri-neft sektorundan gəlirlər təşkil edib ki, bu da proqnoza nisbətən 0,8 faiz-bənd çoxdur. 2018-ci il dövlət büdcəsinin xərcləri 23100,0 mln. manat proqnoza qarşı 22731,6 mln. manat və ya 98,4 faiz icra edilib.