Sabah ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək


Digərləri 01 İyl 2019 12:54:00 190 0

Sabah ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından Son.az-a verilən məlumata görə, bu təbiət hadisəsi iyulun 2-də yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.