Qonşu ölkədə neft məmulatları zavodunda yanğın


Dünya 01 İyl 2019 11:34:00 216 0

Qonşu ölkədə neft məmulatları zavodunda yanğın

"Ötən gecə İranın qərbində yerləşən Kirmanşah vilayətinin Fəraman sənaye şəhərciyində neft məmulatları zavodunda yanğın baş verib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirmanşah vilayətinin Qırmızı Aypara Cəmiyyətinin ictimai əlaqələr idarəsi bildirib.

Məlumata görə, partlayış və yanğın nəticəsində zavodun bir işçisi həlak olub.

Yanğının söndürülməsi əməliyyatı 04:30-da başlanıb və 09:00-da söndürülüb.