Azərbaycan sessiyaya çox yüksək səviyyədə ev sahibliyi edir - Avstriya təmsilçisi (FOTO)


Digərləri 01 İyl 2019 11:22:00 220 0

Azərbaycan sessiyaya çox yüksək səviyyədə ev sahibliyi edir - Avstriya təmsilçisi (FOTO)

Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsində çox mühüm rol oynayır və komitənin işinin irəli aparılması üçün gərgin əmək sərf edir.

Bakı. Elçin Mehdiyev – Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsində çox mühüm rol oynayır və komitənin işinin irəli aparılması üçün gərgin əmək sərf edir. Bunu Trend-ə UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak edən Avstriya nümayəndə heyətinin rəhbəri Klaudia Reinpreçt deyib. Avstriyalı iştirakçı bildirib ki, Azərbaycan sessiyaya çox yüksək səviyyədə ev sahibliyi edir: “Mən burada olmaqdan çox şadam. Sessiyanın keçirildiyi yer dünyada ən yaxşı məkanlardan biridir. Bizim üçün burada hər cür şərait yaradılıb. Buna görə Azərbaycana çox təşəkkür edirəm”. K.Reinpreçt qeyd edib ki, bu sessiyaya ev sahibliyi etməklə Azərbaycan dünyada irsin qorunmasına mühüm töhfə verir: “Komitəyə üzv olan hər bir ölkənin bu işə töhfə verməsi mühüm əhəmiyyət kəsb edir və Azərbaycan da öz növbəsində kömitədə çox mühüm rol oynayır, onun işinin irəli aparılması üçün gərgin əmək sərf edir”. Azərbaycanda birinci dəfə olduğunu bildirən qonaq ölkəmizi çox bəyəndiyini diqqətə çatdırıb: “Buraya birinci dəfədir ki gəlirəm, çox gözəl və qonaqpərvər ölkədir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin