Şirkətin anbarı kül oldu


Dünya 01 İyl 2019 11:14:00 232 0

Şirkətin anbarı kül oldu

Türkiyənin Ərzurum vilayətində yerləşən şirkətlərin birinin anbarında yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğın siqnalından dərhal sonra hadisə yerinə yanğınsöndürənlərin cəlb edilməsinə baxmayaraq, anbarın tamamilə kül olduğu bildirilir. Anbarda ərzaq məhsullarının saxlanıldığı qeyd edilir.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Araşdırma başlayıb.