Şeydayevin yeni klubu


İdman 01 İyl 2019 10:51:00 266 0

Şeydayevin yeni klubu

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev karyerasını Rusiyanın digər klubunda davam etdirəcək.

Goal.az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, 23 yaşlı forvard Moskva Dinamo-sunun düşərgəsinə gələrək tibbi baxışdan keçəcək.

Şeydayev ötən mövsümü Rusiyanın Krylya Sovetov klubunda keçirib. Meydana çıxdığı 18 oyunda 4 qol vurub.

Dinamo isə  son mövsümdə 33 xalla 12-ci olub.