"Məni öldürmək istəyirlər"


Digərləri 01 İyl 2019 09:54:00 230 0

"Məni öldürmək istəyirlər"

"Tatu" qrupunun keçmiş üzvü Lena Katina polisə müraciət edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Katina internet-təhdidin qurbanıdır. Naməlum kişi müğənniyə və onun fanatlarına qəribə ismarıclar göndərdir. Əvvəlcə Lena bunu zarafat kimi qəbul etsə də, sonradan əməlli-başlı qorxuya düşüb.

İlk hədə Lenanın Polşaya konsert proqramı barədə planını açıqladıqdan sonra başlayıb. Fanatları isə müğənni üçün narahat olublar və konsertdən imtina etməsini istəyiblər.

"Onlar mənim öldürülməyimdən qorxublar. Hədələr mənim anama, ərimə və direktoruma göndərilib. Skrinlərdə naməlum kişi artıq tapanca aldığını qeyd edir", - deyə müğənni açıqlamasında bildirib.