Ərdoğan: S400lər 10 gün ərzində çatdırılacaq


Dünya 01 İyl 2019 08:33:00 184 0

Ərdoğan: S400lər 10 gün ərzində çatdırılacaq

S-400 zenit-raket komplekslərinin Ankaraya çatdırılması 10 gün ərzində həyata keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, Trampla həm telefon söhbəti, həm ikitərəfli görüş zamanı ABŞ tərəfindən sanksiya barədə heç bir söhbət olmayıb.

Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri arasında görüş G20 sammiti çərçivəsində Yaponiyanın Osaka şəhərində keçirilib.