Türkiyə XİN: Liviya Milli Ordusu tərəfindən 6 vətəndaşımız saxlanılıb


Dünya 01 İyl 2019 07:41:00 218 0

Türkiyə XİN: Liviya Milli Ordusu tərəfindən 6 vətəndaşımız saxlanılıb

Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu 6 Türkiyə vətəndaşını saxlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyində bildirilib.

"Altı vətəndaşımız Haftarın qanunsuz birləşmələri tərəfindən saxlanılıb. Bu hərəkətlər quldurluq və piratçılıq aktı kimi qiymətləndirilir. Türkiyə, vətəndaşlarının tezliklə azad edilməsini istəyir".

Bildirilir ki, əks halda general Haftarın qüvvələrinə layiqli cavab veriləcək.