Günün qoroskopu: Mühüm, önəmli məsələlərin həllini gecikdirməyin


Digərləri 01 İyl 2019 00:01:00 241 0

Günün qoroskopu: Mühüm, önəmli məsələlərin həllini gecikdirməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - şərtiliyi bir kənara atın. Problemləri qeyri-trivial yollarla həll etməyə çalışsanız, səyləriniz uğurla başa çatacaq. Sürətlə çalışın, tez qərarlar qəbul edin. İntuisiyanıza güvənin. Yaradıcılıq enerjiniz çoxdur. Günün ikinci yarısında nikbin olun. Məqsədə doğru aparan yolda qarşınızı kəsə biləcək yeganə məqam heç bir ehtiyac duyulmadığı təqdirdə nüansları mürəkkəbləşdirməyin. Həddən artıq emosionallıq əhvalınıza mənfi təsir edəcək. Axşam saatlarında hər hansı formada aktiv fəaliyyətlə məşğul olmayın. Səs-küylü əyləncələrə qatılmayın. Ailəvi istirahətə üstünlük verin.

Buğa - gün ərzində diqqəti əldən verməyin. Fatalist olmayın, hər şeyi taleyin ümidinə buraxaraq ətalətlə davranmayın. Əzmkar olsanız, çətin problemlərin öhdəsindən gələ bilərsiniz. Kimsədən çəkinməyin, qorxmayın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşılıqlı inama və etibara əsaslanmış təmaslar qurun. Yaxınlarınızla münasibətləri aydınlaşdırmağa çalışmayın. Köhnə inciklikləri xatırlayaraq işgüzar tərəfdaşla mübahisələrə rəvac verməyin. Axşam saatlarında normal istirahət edin.

Əkizlər - bu gün sözlər yox, əməllər önəmlidir. Borcları ödəyin. Kreditlərlə bağlı ödənişləri gecikdirməyin. Maliyyə öhdəliklərinizi unutmayın. Nəzərdə tutulmamış, qəfil alış üçün böyük məbləğdə pula ehtiyac yarana bilər. Günün ikinci yarısında uğura nail olmaq istəyirsinizsə, məsləhətlərə qulaq asmayın. İşin öhdəsindən yaxşı bildiyiniz üsul və vasitə ilə gələ bilərsiniz. Uzaqgörən olun, sizi gözləyən təhlükələri təxminləməyi bacarın. Axşam saatlarını evdə keçirmək əvəzinə ailə üzvlərini də götürüb, təbiət qoynuna yollanın.

Xərçəng - adi, gündəlik qayğıların çözümü və rutin işlərin görülməsi üçün əlverişli zamandır. Uğurunuz fatumdan yox, bilik və bacarıqlarınızdan asılıdır. Riskli anlaşmalar, sövdələşmələr məsləhət deyil. İşgüzar tərəfdaşlardan və ya inandığınız insanlardan biri maraqlarınıza zidd hərəkət edəcək. Təəssüflənməyin. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə sərinlik yaratmayın. Səhhətinizə fikir verin. Yarımçıq qalmış işi başa vurun. Axşam saatlarında əyləncə məkanına yollana bilərsiniz. Ehtiyatı əldən verməyin.

Şir - vurnuxma, tələskənlik, əsəblərin tarıma çəkilməsini vəd edən gündür. Uğursuz situasiya problemlərin sayını artıracaq. Buna rəğmən, əhvalınızı pozmayın. Nikbin olun. Yaradıcılıq enerjisi və aktivlik bir sıra çətinlikləri həll etməyə, maneələri keçməyə imkan verəcək. Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə diqqətli olun. Qəfil sözlər kiminsə xətrinə dəyə bilər. Ürək qırmayın. Axşam saatlarını istirahətə həsr edin.

Qız - proseslər və baş verən hadisələr sizdən həm əqli, həm də fiziki aktivlik tələb edir. Az danışıb, çox iş görün. Qarşınıza qoyduğunuz hədəfləri təftiş edin. Bitkin konsepsiyanız olmalıdır. Günün ikinci yarısında çətin məsələnin həllində, müşkülün çözülməsində həmkarın və ya tanışın məsləhəti dadınıza çatacaq. Sevdiyiniz insan sizə tam dəstək verəcək. Onun qayğısına qalın. Axşam saatlarında stressdən qurtulun. 

Tərəzi -  asan qələbələrə bel bağlamayın. Nəzərdə tutduğunuz işləri çətinliklə həyata keçirəcəksiniz. Nəticələr isə sizi sevindirəcək. Çalışdığınız kollektivdə mövqelərinizi möhkəmləndirə bilərsiniz. Texniki fəaliyyətlə məşğul olanlar üçün münasib zamandır. Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini və irandaları nəzərə alın. Heç bir səbəb olmadan münaqişəyə başlamayın. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.