Hiperaktiv uşağın enerjisi necə paylanmalıdır?


Digərləri 30 İyn 2019 23:05:00 264 0

Hiperaktiv uşağın enerjisi necə paylanmalıdır?

X/O, "ortada qaldı" domino... 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Əgər övladınız bir yerdə dayana bilmirsə, ehtiyac olmadan əllərini, qollarını oynadırsa, evdə daim hərəkətdədirsə və yerli-yersiz qaçırsa, hiperaktiv bir uşaqla qarşı-qarşıya olma ehtimalınız böyükdür. Bəzən elə uşaqları nadinc, bəzən hərəkətli, bəzən də ərkəsöyün kimi qiymətləndirsək də, onların enerjilərini xərcləmək üçün nə etmək lazım olduğunu bilmirik. Hərəkətli olduğu üçün danlamaq, cəzalandırmaqla iş bitmir.

Bu dəfə "Gənclərə məsləhət" rubrikamızda hiperaktiv uşaqlarla davranış metodlarından danışdıq. Psixoloq Günel Qurbanovanın məsləhətlərini nəzərinizə çatdırırıq.

Psixoloq deyir ki, hiperaktivlik mövzusunda kifayət qədər çox məlumat var. Lakin, hər şeydən öncə bir fakt nəzərə alınmalıdır - çox hərəkətli və aktiv hər uşağa hiperaktiv demək olmaz: "Hiperaktivliyin terminoloji adı Diqqət Əksikliyi və Hiperaktivlik pozuntusudur. Yəni bu, əslində pozuntu halı olduğundan, hərəkətliliyi çox sevən hər hansı bir uşağa bunu aid etmək düzgün yanaşma deyil. Əgər uşaq çox hərəkətlidirsə, mütləq psixoloq tərəfindən diaqnozu təyin edilməlidir. Hiperaktiv uşaqlar bütün günü tullanıb-düşər, dostlarını itələyər, divara dırmaşmağa çalışar, susmaq nədir, bilməzlər. Bir mövzudan digər mövzuya keçər, başqasının sözünün bitməsini gözləmədən sözlərini kəsərlər. Qayda-qanuna tabe olmazlar. Edilməməsi lazım olan hərəkətləri bilərəkdən edirlər. Günahlarını boyunlarına alsalar da, səbəbini soruşduqda cavab verə bilməzlər. Məktəbə təmiz geyimdə gedər, qayıdanda isə üst-başları dağınıq və çirk içində olarlaq. Əşyaları səliqəsiz, otaqları dağınıq olar, hər gün bir əşya itirərlər".

- Diaqnozu Diqqət Əksikliyi və Hiperaktivlik pozuntusu olaraq təyin edilmiş uşaqlarla valideynlər necə davranmalıdır?


Xəbərə aid foto