Bu vərdişlər kişiləri ata olmaqdan məhrum edə bilər


Digərləri 30 İyn 2019 23:10:00 212 0

Bu vərdişlər kişiləri ata olmaqdan məhrum edə bilər

Bir çox kişi əmindir ki, əgər intim münasibətlərdə heç bir problem yaranmırsa, onlarda sonsuzluqla bağlı problemlər yarana bilməz. Ancaq belə deyil. Elə vərdişlər var ki, adi məşğuliyyət kimi görünsə də, kişilərin ata olmaq şansına ciddi şəkildə təsir edir.

Son.az kişilərdə sonsuzluğa təsir edən amillərlə tanış edr.

Həyat tərzi böyük rol oynayır. Əgər həyat tərziniz sağlamlıqdan çox uzaqdırsa, atalıq şansları aşağı düşür. Fiziki fəaliyyətin olmaması, siqaret, artıq çəki, alkoqol, digər toksik və psixoaktiv maddələrin istifadəsi - bunların hamısı birlikdə və ayrı-ayrılıqda sonsuzluğa səbəb ola bilər.

Alkoqol istifadəsi

Uşaq planlaması həftəsində spirtli içkilərdən imtina etmək lazımdır. Hətta həftədə bir dəfə alkoqol qəbul etsəniz də, həmin həftə içkidən uzaq durun. Sübut olub ki, həddən artıq alkoqol qəbulu spermatozidlər üçün zərərlidir.

Buxar vannası

Buxar vannası da sperma sayına təsir edən amillərdəndir. Odur ki, uşaq planlaması ərəfəsində sauna istirahətinə fasilə vermək lazımdır, həmçinin avtomobil oturacağını qızdırmaq olmaz.

Yeri gəlmişkən, soyuqdəymə, qrip və ya 38 dərəcədən çox hərarət sperma sayına mənfi təsir edir.

Sala

Donuz piyi sadəcə ürək və damarlara deyil, reproduktiv sistemə də zərərlidir: onun çox olması ilə spermanın hərəkətliliyini əhəmiyyətli dərəcədə azalır.

Odur ki, yüksək xolesterinli yağlı heyvan məhsullarının istehlakını minimuma endirmək daha yaxşıdır. Bunlara yağlı pendir və ət, xama və bəzi xəmir xörəkləri daxildir.

Qəhvə

Alimlər deyirlər ki, bir neçə fincan qəhvə kişilərin həyatını yaxşıca poza bilər. Müqayisə üçün: qəhvə və kofeinli içkilərdən istifadə etməyənlərdə sperma hüceyrələrinin sayı 1 ml seminal maye üçün 50 milyondan artıqdır.