Ölkə ərazisində HAVA: Bəzi yerlərə dolu, leysan xarakterli yağış yağır


Digərləri 30 İyn 2019 22:25:00 280 0

Ölkə ərazisində HAVA: Bəzi yerlərə dolu, leysan xarakterli yağış yağır

Ölkə ərazisində qeyri-sabit hava şəraiti keçir.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Naftalan, Şəmkir, Qəbələ, Şəki, Xaltan, Qrız, Tərtər, Yevlax, Lerik, Yardımlı, Kişçay, Şahdağda yağış, Daşkəsən, Sarıbaş, Göyçayda isə leysan xarakterli yağış yağır. Daşkəsən rayonunda saat 20:35-20:45 radələrində diametri 12 mm olan dolu düşüb.