Ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür


Digərləri 30 İyn 2019 22:07:00 185 0

Ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə bağlı növbəti məlumat yayıb

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə bağlı növbəti məlumat yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Naftalan, Şəmkir, Qəbələ, Şəki, Xaltan, Qrız, Tərtər, Yevlax, Lerik, Yardımlı, Kişçay, Şahdağda yağış, Daşkəsən, Sarıbaş, Göyçayda isə leysan xarakterli yağış yağır. Daşkəsən rayonunda saat 20:35-20:45 radələrində diametri 12 mm olan dolu düşüb.