Məşhur yazıçının 18 yaşlı qızla EŞQ MACƏRASI: arvadını dəlixanaya salmağa çalışır və... FOTO


Digərləri 30 İyn 2019 21:40:00 272 0

Məşhur yazıçının 18 yaşlı qızla EŞQ MACƏRASI: arvadını dəlixanaya salmağa çalışır və...  FOTO

Boşanma ağır və çətin mərhələdir. Odur ki, bir çox məşhurlar bu prosesin gizli qalmasına, səssiz-səmirsiz həll edilməsinə üstünlük verir. Dünya şöhrətli yazıçı Çarlz Dikkens isə qınaqlardan qaçmaq üçün arvadını psixiatrik xəstəxanasına göndərməyə qərar vermişdi.

Son.az xəbər verir ki, onun həyat yoldaşının rəfiqəsinin yazdığı məktubda bu fakt öz təsdiqini tapıb. Dikkens nikahından o qədər narazı idi ki, həkimə arvadına dəli diaqnozu qoymağı xahiş etmişdi.

Məsələ ondadır ki, arvadını dəlixanaya atmaq istəyən yazıçı 18 yaşlı aktrisaya dəlicəsinə aşiq olmuşdu. 41 yaşlı xanımı Ketrin ona daha lazım deyildi. Amma Ketrin sağlam düşüncəli qadın idi, odur ki, tibbi işçisi yazıçının cinayət əməlinə ortaq olmaqdan imtina etmişdi. "Çarlz Dikkens: həyat" adlı kitabın müəllifi Kler Tomalinin sözlərinə görə, əslində şəxsi həyatındakı qarışıqlıq nəticəsində Dikkens özü ağlını itirmişdi.

Yazıçı və dramaturq Edvard Datton Kuk Çarlz Dikkensin həyat yoldaşı Ketrinlə qonşuluqda yaşayırdı. Ketrin baş verənləri ona və xanımı Lindaya danışmışdı. Qonşu məşhur yazıçının həyatından bəhs etdiyi məktubda bunları yazmışdı:

"Dikkens nəhayət aşkar etdi ki, arvadı daha onun xoşuna gəlmir. Ketrin on uşaq doğdu və daha baxımsız görünməyə başlayıb. Dikkens hətta onu dəlixanaya salmağa çalışırdı".


Xəbərə aid fotolar