İraqın müvəqqəti işlər vəkili Türkiyə XİNə çağrılıb


Dünya 30 İyn 2019 21:45:00 239 0

İraqın müvəqqəti işlər vəkili Türkiyə XİNə çağrılıb

İraqın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoy bildirib.

Aksoy bildirib ki, Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirdiyi antiterror əməliyyatlarında guya mülki əhalinin zərər çəkməsi barədə deyilənlər həqiqəti əks etdirmir və Ankara bunu qəbuledilməz sayır.

Onun sözlərinə görə, bu cür bəyanatlar ikitərəfli münasibətlərdə müsbət dinamikaya ziddir: