Gündə bir yumurta sarısı yesəniz... İNANILMAZ NƏTİCƏ


Digərləri 30 İyn 2019 20:45:00 300 0

Gündə bir yumurta sarısı yesəniz...  İNANILMAZ NƏTİCƏ

Tiroid (qalxanabənzər vəzi) xəstəliyinin əsas simptomları əsəbilik və depressiyadır.

Son.az xəbər verir ki, yumurta sarısı yemək tiroid vəzinin finksiyasını yaxşılaşdırmağın ən asan yollarından birdir.

Bu orqanın əhəmiyyəti qiymətsizdir: qalxanabəznər vəzi əsəb sistemi və psixikanın vəziyyətinə, ürək-damar sistemi, həzm yolu, reproduktiv və sümük-əzələ sisteminə görə cavab verir. Əgər qalxanabənzər vəzi sıradan çıxarsa, sağlamlıqda ciddi problemləri başlanar. Bu xəstəlikdən adətən 40 yaşdan yuxarı qadınlar əziyyət çəkir.

Qalxanabənzər vəzin iki əsas hormonu: triyodtironin (T3) və tiroksin (T4), tirozindən və yoddan ibarətdir. T3 bioloji aktiv hormondur, T4 isə T3-ə çevrilməyənə qədər qeyri-aktiv olaraq qalır.

Tiroid vəzi normal kalsium səviyyəsini saxlayan, mineral mübadiləsini aktivləşdirən, sümük toxumasının bütövlüyünü qoruyan və onların bərpasını sürətləndirən başqa bir hormon - kalsitonin ifraz edir. Qanda bu hormonun konsentrasiyası icazə verilən dəyərdən daha yüksəkdirsə, bu, qalxanvarı vəzi, ağciyər, prostat, döş, anemiya və hiperplaziya onkologiyasını göstərir.

Tiroid xəstəliyinin erkən simptomları demək olar ki, yoxdur. Odur ki, ilk mərhələdə diaqnostika mümkün deyildir. Bu baxımdan optimal pəhriz seçmək və tiroid vəzi sağlamlığını əvvəlcədən nəzərə almaq vacibdir.

Tiroid vəzi üçün yumurta sarısının faydaları

Vücudumuzdakı hər hansı bir orqan kimi, tiroid vəzinin düzgün işləməsi üçün mütəmadi olaraq faydalı məhsullarla bəslənmək lazımdır. Yumurta sarısı tiroid üçün ən əhəmiyyətli üç qida mənbəyidir.

Tirozin

Bu, protein qidalarından sovrulur və başqa bir amin turşusu - fenilalanindən orqanizmdə ifraz olunur. Tirozin - yaxşı əhval-ruhiyyənin formuludur, narahatlıq və qorxuları aradan qaldırır, stresslə mübarizə aparır. İki toyuq yumurtasına 0,5 q tirozin və 0,7 q fenilalanin daxildir.