Narın möcüzəvi faydası üzə çıxdı


Digərləri 30 İyn 2019 20:19:00 246 0

Narın möcüzəvi faydası üzə çıxdı

İsveçrə alimləri narın daha bir faydasını üzə çıxarıblar.

Son.az ölkə.az-a istinadən bildirir ki, nar və digər meyvələrin tərkibindəki təbii birləşmələr qocalma prosesini ləngidir. Kliniki tədqiqatlar sübut edib ki, A urolitini 50 yaşdan sonra gücünü itirən sümük əzələlərindəki mitoxondriyanın funksiyalarını yaxşılaşdırır. Birləşmə hüceyrələri zərərli orqaneldən təmizləyir.

Cavan insanlarda bu proses aktiv olsa da, yaşa dolduqca yavaşıyır. Alimlərin bir müddət əvvəl apardıqları tədqiqata əsasən, ömrün uzunluğu 50% genetikdir. Bu səbəbdən istənilən insan ömrünü 4-15 il müddətinə uzada bilər.