Türkiyədə azərbaycanlı gənc qadının fəryadı


Digərləri 30 İyn 2019 19:34:00 205 0

Türkiyədə azərbaycanlı gənc qadının fəryadı

Azərbaycan vətəndaşı olan Dinar Sarməmmədova iki il ərzində evli olduğu Muhammed Vuralın və ailəsinin zorakılığına məruz qaldıqdan sonra boşandığını, məhkəmənin iki yaşlı oğlunun tərbiyəsi üçün hüququ ona verdiyini, lakin buna baxmayaraq, neçə aydır uşağını görə bilmədiyini deyib, DHA agentliyi məlumat yayıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, 24 yaşlı Dinar Sarməmmədova Azərbaycanda pedaqoji ixtisas verən ali məktəb fakültəsini bitirdikdən sonra uzaq qohumu olan 25 yaşlı Muhammed Vuralla 2016-cı ildə ailə qurub və Iğdır vilayətinin Evci kəndinə gəlin köçüb. Gənc cütlük Vuralın anası ilə birgə yaşayıb və bir müddətdən sonra uşaqları dünyaya gəlib. Təxminən iki il sonra ailə Dinarın zorakılığa məruz qalması iddiası ilə məhkəməyə müraciətinə baxıldıqdan sonra dağılıb. Məhkəmə 2 yaşlı R.-in tərbiyəsi hüququnu anasına verib. Lakin Dinar aylardır ki, oğlunun üzünə həsrətdir. Uşağı ona göstərməkdən də imtina edirlər.

"Boşanmadan əvvəl heç bir əsasları olmadan uşağı əlimdən aldılar. Məcbur qalıb məhkəməyə müraciət etdim və boşanmaq istədiyimi bildirdim. 2019-cu ilin may ayında məhkəmə boşanma qərarı çıxardı və uşağın tərbiyəsi hüquqlarını da mənə verdi", - azərbaycanlı qadın deyir.

Lakin Iğdırda ekspert uşağın ailədə qalmasına qərar verib və Dinar Sarməmmədova Ankaraya gedərək, paytaxtda 4 nəfərlik psixoloq və ekspert heyətinin rəyini alıb. Həmin heyət uşağın anada qalmalı olduğunu müəyyənləşdirib.

"Bununla əlaqədar bütün rəsmi sənədlər əlimdədir. Onsuz da təhdid edirdilər, qərardan sonra isə heç bir qərara məhəl qoymayacaqlarını, topla-tüfənglə olsa da, uşağı verməyəcəklərini dedilər", - Dinar başına gələnləri danışır.