Dişlərinizi kömürlə yuyun və hər gün... TƏBİİ GÖZƏLLİYİN 7 SİRRİ


Digərləri 30 İyn 2019 19:29:00 223 0

Dişlərinizi kömürlə yuyun və hər gün...  TƏBİİ GÖZƏLLİYİN 7 SİRRİ

Bir çox qadın mükəmməl və qüsursuz görünmək üçün bədxərclik etməkdən çəkinmir, onlarla kosmetik vasitəyə və ya əməliyyata üz tutur. Lakin həm cibə, həm də sağlamlığa zərər vuran bu metodlardan uzaq olmaqla da mükəmməl görünüşə qovuşmağın yolları var.

Son.az qüsursuz görünmənizə yardımçı ola biləcək 7 əvəzsiz gözəllik sirrini təqdim edir.

Gözəl dəri üçün

Bəlkə də cibinizə zərər verəcək kimyəvi kosmetik vasitələr yerinə daha ucuz başa gələn uşaq pudrasından istifadə edin. Digər professional məhsullar qədər təsirlidir. Bu pudra ilə makyajınız inanılmaz görünəcək. Makyajınızı tamamladıqdan sonra qalan pudranı yumşaq fırça ilə təmizləyə bilərsiniz.

Daha bəyaz dişlər üçün

Dişlərin bəyazlığı qüsursuz görüntü üçün önəmlidir. Təəssüf ki, şirniyyat, çay, qəhvə kimi qidalar diş minasının üzərində ləkələr və izlər buraxır və saralmağa yol açır. Ev şəraitində bunun öhdəsindən gəlmək üçün sadə üsul var. Tək ehtiyacınız olan isə aptekdən əldə edə biləcəyiniz kömür həbləri. Bir neçə həbi əzin. Diş fırçasını əvvəl suya sonra toza batırın. 5 dəqiqə dişlərinizi ovalayın. Proseduru 2 həftə tətbiq etdikdən sonra nəticəyə inanmayacaqsınız.

Saralmış dırnaqlar üçün

Saralmış dırnaqlarınızı ağartmaq istəyirsinizsə, bir az sodaya ehtiyacınız var. Soda dırnaq ətini yumşaldır və dırnaqlara zərər vermədən parladır. 2 çay qaşığı peroksid və yarım çay qaşığı sodanı qarışdırıb dırnaqlarınıza çəkin. 5 dəqiqə gözlədikdən sonra yuyun. Metodu bir neçə gün ara ilə tətbiq edin.

Hind yağı dırnağın uzanmasına kömək edir. A vitamini ayrılmış dırnaqları müalicə edir. Badam yağı möhkəmləndirir. Zəif dırnaqlarınızın üzərinə limon suyu çəkin. 2 həftədən sonra nəticədən razı qalacaqsınız.


Xəbərə aid fotolar