Busqalter geyinmədiyi üçün təyyarədən qovuldu


Digərləri 30 İyn 2019 18:31:00 201 0

Busqalter geyinmədiyi üçün təyyarədən qovuldu

İspaniyanın Malaqa şəhərində açıq-saçıq geyimlə təyyarəyə minən qadın "hava gəmisi"ndən düşürülüb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 31 yaşlı Harriet Osbornenin dərin sinə dekolitesi diqqət çəkib.

Bundan başqa iki uşaq anasının busqalterdən istifadə etməməsi narahatlıq yaradıb. Bu səbəbdən stüardessa qadını təyyarədən endirib. Ona bu paltarla təyyarəyə minə bilməyəcəyi deyilib.

İngiltərə vətəndaşı olan Harriet isə bu səbəbdən hava limanında gecəməli olub. O, məsələ ilə bağlı danışaraq stüardessanın addımını pisləyib: "O, bu cür davranışı ilə məni təhqir etdi. Özümü çox ucuz hiss etdim. Polisə də nəyə görə təyyarəyə alınmadığımı eşidəndə təəccübləndi".


Xəbərə aid fotolar