Rusiyada minlərlə sakin çarəsiz qalıb


Dünya 30 İyn 2019 17:28:00 229 0

Rusiyada minlərlə sakin çarəsiz qalıb

Rusiyanın İrkutsk vilayətində 30 minə yaxın insan elektrik enerjisiz qalıb.

Son.az RT-yə istinadən xəbər verir ki, vilayətdə su tədricən azalsa da, bəzi məntəqələrdə vəziyyət gərgin olaraq qalır.  

Regiondakı yağış daşqınına görə fövqəladə rejim elan edilib. Daşqının nəticələrinin aradan qaldırılması üçün FHN-ın xilas etmə dəstələri cəlb edilib, insanları helikopterlərin köməyi ilə təhlükəli zonalardan təxliyə edirlər.

İlkin məlumata görə, hadisə nəticəsində azı 5 nəfər dünyasını dəyişib, 100 nəfərə yaxın insan xəstəxanaya yerləşdirilib. 

Rusiyanın Mərkəzi Hərbi Dairəsinin birləşmələri daşqınlardan əziyyət çəkən əhaliyə kömək məqsədilə İrkutsk bölgəsinə göndərilib.

Qərarı Mərkəzi Hərbi Dairənin komandiri general polkovnik Aleksandr Lapin qəbul edib. Hərbi qulluqçular və texnika Kemerovo əyalətindən Nijneudinsk bölgəsi istiqamətində yola düşüb.


Xəbərə aid fotolar