Astronomlar Yerə düşən asteroidi müşahidə etdilər


Digərləri 30 İyn 2019 17:07:00 222 0

Astronomlar Yerə düşən asteroidi müşahidə etdilər

Astronomlar avtomobil ölçüdə asteroidin planetimizə düşdüyünü və atmosferdə yandığını müşahidə ediblər.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, Havay universitetindəki alimlər "2019 MO" adlı asteroid 22 iyun tarixində müşahidə ediblər. Tezliklə çağırılmayan qonaq atmosferə daxil olduqdan sonra hissələrə bölünüb. Havay universitetinin alimləri qeyd ediblər ki, asteroid Puerto-Riko səmasında alışıb.

Bu, dünya tarixində qeydə alınan toqquşmaya yaxın dördüncü asteroiddir.  Digər üç hadisə son 11 il ərzində qeydə alınıb.