Atletlərimiz beynəlxalq yarışda 6 qızıl medal qazandı
Digərləri 30 İyn 2019 17:01:07 170 0
Azərbaycanın atletika üzrə paralimpiya milli komandasının Tunisdə keçirilən beynəlxalq qran-pri yarışında uğurlu çıxışı davam edir
Bakı.
Azərbaycanın atletika üzrə paralimpiya milli komandasının Tunisdə keçirilən beynəlxalq qran-pri yarışında uğurlu çıxışı davam edir.
Trend-in məlumatına görə, bu gün idmançılarımız Elvin Astanov, Yelena Çebanu, Elçin Muradov, Səid Cəfərzadə, Nurlan İbrahimov və Elşən Quliyev çıxış ediblər.
Nizə atışı yarışlarında Elvin Astanov 20.08 metrlik nəticə göstərərək 2-ci yerdə qərarlaşıb.
T12 kateqoriyasında uzunluğa tullanma üzrə qadınların yarışışında idmançımız Yelena Çebanu 5.21 metrlik nəticə göstərərək yarışların qızıl medalına layiq görülüb.
T11 kateqoriyası üzrə kişilər arasında uzunluğa tullanma yarışında Elçin Muradov 6.48 metrlik nəticə ilə birinci yeri özünə təmin edib.
Digər idmançımız Səid Nəcəfzadə isə T12 kateqoriyasındakı uzunluğa tullanma yarışlarında 6.80 metrlik nəticə göstərərək ikinci yeri qazanıb.
Mənbə: az.trend.az