Azərbaycan güləşçisi II Avropa Oyunlarında bürünc medal qazanıb


Digərləri 30 İyn 2019 16:37:39 168 0

Azərbaycan güləşçisi II Avropa Oyunlarında bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti “Minsk 2019” II Avropa Oyunlarında bürünc medal qazanıb

Bakı. Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti “Minsk 2019” II Avropa Oyunlarında bürünc medal qazanıb. Trend-in məlumatına görə, 130 kq çəki dərəcəsində yer alan 30 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə norveçli Oskar Marvikə qalib gəlib - 3:2. Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması “Minsk 2019”u 2 medalla başa vurub. Daha əvvəl İslam Abbasov (87 kq) gümüş medala sahib olub.