BakıŞamaxı yolunu sel yudu, hərəkət dayandı


Digərləri 30 İyn 2019 16:10:00 249 0

BakıŞamaxı yolunu sel yudu, hərəkət dayandı

Ölkə ərazisində yağan yağış Bakı-Şamaxı-Yevlax avtomobil yolunda problemlər yaradıb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yolun Acıdərə qəsəbəsi ərazisindən keçən hissəsində güclü leysan sel yaradıb və yolun tikilməkdə olan hissəsini su yuyub.

Nəticədə yolun hərəkət hissəsində avtomobillərin hərəkətində problem yaranıb. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları cəlb edilib, yolda avtomobillərin hərəkəti bərpa olunub.