Trampın katibi Kim Çenlə görüşdə yaralandı


Dünya 30 İyn 2019 15:49:00 218 0

Trampın katibi Kim Çenlə görüşdə yaralandı

Ağ Evin yeni mətbuat katibi Stefani Qrişem amerikalı və koreyalı jurnalistlər arasındakı qarşıdurmada xəsarət alıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, hadisə ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında sərhəddə keçirilən görüş zamanı baş verib.

Məlumata görə, Qrişemin xəsarət almasına səbəb Kim Çen İn-Tramp görüşü zamanı koreyalı jurnalistlərin hadisəni işıqlandırmaq üçün daha yaxşı yer tutmaq uğrunda "mübarizə"si olub.