Azərbaycan II Avropa Oyunlarında növbəti medalını qazanıb


Digərləri 30 İyn 2019 15:39:48 193 0

Azərbaycan II Avropa Oyunlarında növbəti medalını qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov “Minsk 2019” II Avropa Oyunlarında gümüş medal qazanıb

Bakı. Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov “Minsk 2019” II Avropa Oyunlarında gümüş medal qazanıb. Trend-in məlumatına görə, 87 kiloqram çəki dərəcəsində yer alan 23 yaşlı pəhləvan finalda ukraynalı Jan Belenyuka uduzub - 1:3. İlk yarıda rəqibi ondan parterdə xal alsa da, ikinci hissədə Abbasov bu imkandan yararlana bilməyib. Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi - 130 kiloqram çəkidə yer alan Sabah Şəriəti təsəlliverici görüşünü qələbə ilə başa vurub. Litvalı Romas Fredrikası 3:1 hesabı ilə yenən Şəriəti bürünc medal görüşündə norveçli Oskar Marviklə üz-üzə gələcək.