Rafael Ağayev və Firdovsi Fərzəliyev II Avropa Oyunlarında yarımfinala yüksəlib


Digərləri 30 İyn 2019 15:38:22 171 0

Rafael Ağayev və Firdovsi Fərzəliyev II Avropa Oyunlarında yarımfinala yüksəlib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları davam edir

Bakı. Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları davam edir. Trend-in məlumatına görə, 60 kiloqram çəki dərəcəsində çıxış edən kişi karateçilər kumitedə qüvvələrini sınayırlar. Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev B qrupunda üç qarşılaşmaya çıxıb. O, İlya Bulatovu (Belarus) 8:0, Emil Pavlovu (Makedoniya) 3:3 hesabı ilə məğlub edib. Ancelo Kresçenzo (İtaliya) ilə 0:0 hesablı heç-heçə edən təmsilçimiz qrupda 1-ci yeri tutub. F.Fərzəliyev bu göstərici ilə yarımfinala yüksəlib. Karateçimiz finala vəsiqə uğrunda rusiyalı Yevgeni Plakhutinlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:56-da başlayacaq.