Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar naziri: "Azərbaycan bütün dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirir"


Siyasət 30 İyn 2019 14:25:00 99 0

Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar naziri: "Azərbaycan bütün dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirir"

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. İyunun 30-da Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayır. Tədbirə xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndə iştirak edir.

Mədəniyyət Nazirliyindən Son.az-a verilən məlumata görə, Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə də sessiyada iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib. Dünya İrs Komitəsinin növbəti illik sessiyasının Bakıda keçirilməsini yüksək qiymətləndirən xanım nazir Azərbaycanın bütün dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, Azərbaycan UNESCO-nun bu mötəbər tədbirinə çox yüksək səviyyədə hazırlaşıb: "Hər şey çox gözəl təşkil olunub. Azərbaycan qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək imkanlarını artıq bir neçə dəfə sübuta yetirib. Əminəm ki, bu sessiya da uğurla gerçəkləşəcək".

Bəhreynli nazir Dünya İrs Komitəsinin 43-cü sessiyasından gözləntilərini də dilə gətirib. Bildirib ki, dünya irsinin qorunması məsələsi nəinki hər hansı bir təşkilatın, eləcə də hər bir insanın diqqət göstərməli olduğu məqamdır. "Bəşəriyyət sürətli elmi-texniki tərəqqi dövrünü yaşayır. Bu inkişaf özlüyündə gözəldir. Lakin dünyada baş verən hərbi toqquşmalar, işğallar və s. təəssüf ki, bəzən minilliklərin mədəni mirasını çox qısa zaman içində məhv olma təhlükəsi il üz-üzə qoyur. Ona görə də UNESCO və onun tərkibində fəaliyyət göstərən bir sıra qurumların işinə dəstək verilməlidir. Bu mənada Bakıda keçirilən sessiyada dünya mirasının qorunması baxımından çox doğru qərarların qəbul ediləcəyinə inanıram", - deyə xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə deyib.

Qeyd edək ki, Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar naziri daha öncə bir neçə dəfə ölkəmizdə olub. 2015-ci ilin may ayında ölkəmizə səfəri çərçivəsində Azərbaycan Xalça Muzeyini ziyarət edən xanım nazir xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, ənənələri ilə yaxından tanış olub. Qonaq həsirlərin, xovsuz xalça növləri sayılan "Şəddə" və "Zili" xalçalarının öz vətənində də məşhur olduğunu bildirib. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqda xoş təəssürat oyadıb. Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifəyə qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın "Çələbi" xalçası, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın Qahirədə ərəb dilində işıq üzü görmüş "Azərbaycan xalçası" kitabı və muzeyin sertifikatı hədiyyə edilib.

UNESCOnun baş direktoru Odri Azulay Qobustan qoruğunu ziyarət edib  FOTO like
  • 30 İyn 14:18  
Siyasət UNESCOnun baş direktoru Odri Azulay Qobustan qoruğunu ziyarət edib FOTO

İyunun 30-da Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası iş

arrow Ətraflı
Uşaqlara nağıl oxumağın faydaları like
  • 30 İyn 14:11  
Digərləri Uşaqlara nağıl oxumağın faydaları

Uşaqları düzgün tərbiyə etməyin ən gözəl yollarından biri də onlara

arrow Ətraflı
UNESCO-nun baş direktoru Odri Azulay Qobustan qoruğunu ziyarət edib (FOTO) like
  • 30 İyn 14:05  
Digərləri UNESCO-nun baş direktoru Odri Azulay Qobustan qoruğunu ziyarət edib (FOTO)

İyunun 30-da Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası iş

arrow Ətraflı
Dünyanın ən böyük hava limanı tikildi like
  • 30 İyn 13:56  
Dünya Dünyanın ən böyük hava limanı tikildi

Çinin Pekin şəhərində dünyanın ən böyük hava limanı - "Dasin&quo

arrow Ətraflı
Tarkan xəstəxanaya düşdü - Əməliyyat olundu like
  • 30 İyn 13:53  
Digərləri Tarkan xəstəxanaya düşdü - Əməliyyat olundu

Türkiyənin meqastar müğənnisi Tarkan əməliyyat olunub

arrow Ətraflı
ABŞ esminesi Qara dənizə daxil oldu like
  • 30 İyn 13:49  
Dünya ABŞ esminesi Qara dənizə daxil oldu

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Karni" esminesi Qara dənizə daxi

arrow Ətraflı
Həftənin ilk iş gününə olan HAVA PROQNOZU like
  • 30 İyn 13:35  
Digərləri Həftənin ilk iş gününə olan HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Sabahın hava proqnozu açıqlanıb like
  • 30 İyn 13:24  
Digərləri Sabahın hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Bakıda qadın restoranda döyüldü, pulu əlindən alındı like
  • 30 İyn 13:21  
Digərləri Bakıda qadın restoranda döyüldü, pulu əlindən alındı

Bakının Səbail rayonu ərazisində 55 yaşlı qadın döyülüb.

arrow Ətraflı
Murad Dadaşov oğlanları ilə like
  • 30 İyn 13:06  
Kriminal Murad Dadaşov oğlanları ilə

Son.az Modern.az-a istinadən tanınmış şoumen, teleaparıcı, prodüser, a

arrow Ətraflı
Gürcüstanda azərbaycanlılar dəhşətli qəzaya uğradı: like
  • 30 İyn 12:59  
Digərləri Gürcüstanda azərbaycanlılar dəhşətli qəzaya uğradı:

Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ö

arrow Ətraflı
ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub like
  • 30 İyn 12:56  
Digərləri ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Karni" esminesi Qara dənizə daxil olub

arrow Ətraflı
Bu da Sənubər İsgəndərlinin illərdir gizlətdiyi model kimi qızı like
  • 30 İyn 12:52  
Şou-biznes Bu da Sənubər İsgəndərlinin illərdir gizlətdiyi model kimi qızı

Əməkdar artist Sənubər İsgəndərli qızı ilə fotosunu təqibçiləri il

arrow Ətraflı