“Davamlı inkişaf və irsin idarə olunması” – Abidə Menecerləri Forumunda daha bir müzakirə olub (FOTO)


Digərləri 30 İyn 2019 14:09:00 210 0

“Davamlı inkişaf və irsin idarə olunması” – Abidə Menecerləri Forumunda daha bir müzakirə olub  (FOTO)

İyunun 30-dan iyulun 10-dək Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir

Bakı. İyunun 30-dan iyulun 10-dək Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Sessiya çərçivəsində 24 iyun – 2 iyul tarixlərini əhatə edən Dünya İrsi Gənc Peşəkarlar Forumu və Dünya İrsi Abidə Menecerləri Forumu (27 iyun - 4 iyul) gerçəkləşir. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Abidə Menecerləri Forumu iyunun 30-da öz işini davam etdirdi. Forumun dördüncü günündə Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (ICCROM) təmsilçisi Gamini Wijesuriyanın moderatorluğu ilə "Davamlı inkişaf və irsin idarə olunması ilə bağlı əsas məsələlər" mövzusunda müzakirə aparıldı.Tədbirdə Bakıda yerləşən abidələrin 2050-ci ilədək idarə olunması üzrə əsas fəaliyyət istiqamətləri və zəruri prinsiplərə diqqət çəkildi. Qrup şəklində aparılan müzakirələr zamanı qədimlik və müasir arasında harmoniya, etibarlılıq, müxtəliflik, qoruma, memarlıq, Bakının rəmzləri, görünmə bucağı, müvafiq konservasiya üzrə məsələlərlə bağlı fikirlər dinlənildi. Mütəxəssislər tolerantlıq, multikulturalizm və mənəvi dəyərlərin qorunması ilə bağlı məsələlərə toxundular. Müzakirələrdə həmçinin iştirakçılar şüurun artırılması və vahid şəhər anlayışı ilə bağlı düşüncələrini də bölüşdülər.