ABŞ esminesi Qara dənizə daxil oldu


Dünya 30 İyn 2019 13:49:00 206 0

ABŞ esminesi Qara dənizə daxil oldu

ABŞ Hərbi Dəniz Qüvvələrinin "Karni" esminesi Qara dənizə daxil olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə gəmilərin hərəkətini izləyən "MarineTraffic" xidməti bildirir.

Birləşmiş Ştatların 6-cı donanmasından bildiriblər ki, HDQ-yə məxsus gəmi "Sea Breeze 2019" hərbi-dəniz təlimlərində iştirak edəcək.

Qeyd edək ki, "Sea Breeze 2019" hərbi-dəniz təlimləri iyulun 1-i strat götürür. Təlimlərdə 19 ölkənin 32 gəmisi və 24 təyyarəsi iştirak edəcək.