Həftənin ilk iş gününə olan HAVA PROQNOZU


Digərləri 30 İyn 2019 13:35:00 242 0

Həftənin ilk iş gününə olan HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu  gecə 19-22° isti, gündüz  23-26° isti,

Bakıda gecə 19-21° isti, gündüz  24-26°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 756 mm civə sütunundan  763 mm civə sütununa  yüksələcək.

Nisbi rütubət  75-85  % olacaq.  

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

Güclü şimal-qərb küləyi əsəcək.