Sabahın hava proqnozu açıqlanıb


Digərləri 30 İyn 2019 13:24:52 196 0

Sabahın hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) güclü şimal-qərb küləyi əsəcək, dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.