Azərbaycandan İrana ziyarətə gedən zəvvarların avtobusu yandı


Digərləri 30 İyn 2019 11:07:00 242 0

Azərbaycandan İrana ziyarətə gedən zəvvarların avtobusu yandı

Azərbaycandan İrana gedən avtobus yanıb. 

Son.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Ərdəbil əyalətində qeydə alınıb. 

Yanğın hadisəsi ötən gün günorta saatlarında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, avtobusda Azərbaycandan İrana ziyarətə gedən zəvvarlar olub. 

Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.