Səudiyyəli nazir: "OPEC plus" sazişi 9 ay müddətinə uzadılacaq


Digərləri 30 İyn 2019 11:04:06 270 0

Səudiyyəli nazir: "OPEC plus" sazişi 9 ay müddətinə uzadılacaq

Neft hasilatının azaldılması üzrə "OPEC plus" sazişi 9 ay müddətinə uzadılacaq

Bakı. Neft hasilatının azaldılması üzrə "OPEC plus" sazişi 9 ay müddətinə uzadılacaq. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid əl-Falih deyib. X. əl-Falih bildirib: "Düşünürəm ki, 9 ay müddətinə uzadılma olacaq". Neft hasilatının daha da azaldılmasının məqsədəuyğunluğu barədə jurnalistlərin sualını cavablandıran nazir "bazarın buna ehtiyacı olduğunu düşünmədiyini" bildirib.