Rayonlara yağış yağıb - Yağıntının miqdarı ilə bağlı son məlumat


Digərləri 30 İyn 2019 10:21:31 185 0

Rayonlara yağış yağıb - Yağıntının miqdarı ilə bağlı son məlumat

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə edilməsi ilə bağlı məlumat yayıb

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə edilməsi ilə bağlı məlumat yayıb. Departamentdən Trend-ə verilən məlumata görə, düşən yağışın miqdarı Daşkəsəndə 16, Şəmkirdə 10, Gədəbəydə 6, Tovuzda 5, Quba, Zaqatala, Göygöldə 4, Gəncədə, Şəkidə 3, Kişçayda, Balakəndə 2, Naxçıvan, Şahbuz, Naftalan, Ağdam, Ağstafa, Bərdə, Xınalıq və Şahdağda 0,4-1 millimetr təşkil edib.