OPEC+ sazişi doqquz ay müddətinə uzadılacaq


Dünya 30 İyn 2019 10:07:00 232 0

OPEC+ sazişi doqquz ay müddətinə uzadılacaq

OPEC ölkələri ("OPEC plus) ilə imzalanan neft hasilatının azaldılmasına dair müqavilə doqquz ay müddətinə uzadılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanın Energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih məlumat verib.

Gələcəkdə neft hasilatının azaldılmasının məqsədəuygun olub olmaması barədə sualı cavablandıran nazir bildirib ki, "düşünmürəm ki, bazarın buna ehtiyacı var". Səudiyyəli nazirin fikrincə, neftə tələbat bir qədər aşagı düşür, lakin ümumilikdə yaxşı səviyyədə qalır.

Daha əvvəl Xalid əl-Falih bildirib ki, sazişin uzadılması neft bazarını balanslaşdıracaq.