Suriyada Türkiyənin nəzarətindəki məntəqə atəşə tutulub


Dünya 30 İyn 2019 09:27:00 188 0

Suriyada Türkiyənin nəzarətindəki məntəqə atəşə tutulub

İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin 10 saylı müşahidə məntəqəsi raket atəşinə tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Məlumata əsasən, üç artilleriya mərmisi müşahidə məntəqəsi istiqamətində buraxılıb.

Hücum nəticəsində insan təlafatı yoxdur, maddi ziyan vurulmayıb.