Sabunçuda 3 otaqlı ev yanıb


Digərləri 30 İyn 2019 08:51:41 211 0

Sabunçuda 3 otaqlı ev yanıb

Bakının Sabunçu rayonunda yanğın olub

Bakı. Bakının Sabunçu rayonunda yanğın olub. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 70 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.