Alyaskada təyyarə qəzaya uğrayıb: ölənlər və yaralananlar var


Digərləri 30 İyn 2019 05:16:00 223 0

Alyaskada təyyarə qəzaya uğrayıb: ölənlər və yaralananlar var

Alyaskada Muz Pass yaşayış məntəqəsinin yaxınlığında təyyarə qəzaya uğrayıb

Bakı. Alyaskada Muz Pass yaşayış məntəqəsinin yaxınlığında təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində üç nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Məlumata əsasən, hadisə yerli vaxtla 16:00 radələrində baş verib. Qeyd edilir ki, təyyarə Tern gölünün şimalında dağa çırpılıb.