Allergiyanın əlamətləri nələr ola bilər?


Digərləri 29 İyn 2019 23:40:00 295 0

Allergiyanın əlamətləri nələr ola bilər?

Allergiyanın əlamətləri nələr ola bilər? Allergiyanın əlamətləri allergiyanın növlərinə görə dəyişir. Allergik rinit zamanı aşağıdakı əlamətlər özünü göstərir: * asqırma * burun, göz və ya ağızda qaşınmalar * burun axması və ya tutulması * sulu, şişmiş və qızarmış gozlər. Qida allergiyası özünü aşağıdakı əlamətlərlə göstərir: * ağızda geyişmə * dodaq, dil, üz və boğazda şişkinlik * dəridə səpgilər * anafilaktik şok. Böcək sacması zamanı allergiya baş verdikdə müşahidə olunanlar: * böcək sancan nahiyyədə şişkinlik * qaşıntı və bütün bədəndə səpgi * öskürək, nəfəs daralması * anafilaktik şok. Dərman allergiyası  zamanı baş verən əlamətlər: * dəridə səpgilər və qaşınmalar * istilik və ya üşütmə * üzün şişməsi * xırıltı * anafilaktik şok. Dəriyə toxunan zaman meydana çıxan allergik əlamətlər: * qızartı * qaşıntı * qabıqvermə * anafilaktik şok. Allergiyanın ağırlaşması anafilaktik şokdur ki, bu zaman aşağıdakı əlamətlər meydana çıxır: * huşun itməsi * arterial təzyiqin düşməsi * nəfəs çatışmazlığı * dərinin rəngini dəyişməsi * sayıqlama * nəbzin zəifləməsi * ürəkbulanma və qusma. Son.az