Allergik xəstəliklərdən sağalmaq üçün arı pətəyi havası ilə nəfəs alın


Digərləri 29 İyn 2019 23:25:00 449 0

Allergik xəstəliklərdən sağalmaq üçün arı pətəyi havası ilə nəfəs alın

Arı və arı məhsulları ilə müalicədə müxtəlif üsullardan istifadə olunur. Onlardan biri də pətək havası ilə müalicədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  bu barədə həkim-fitoterapevt Elnur Eldaroğlu məlumat verib. Bildirib ki, pətək havası ilə müalicə bronxial astma, təzyiq, yuxusuzluq kimi xəstəliklərdə ən yaxşı təbii üsul hesab olunur: "Arıların öz pətəklərini bakteriya və mikroblardan qorumaq üçün istifadə etdikləri propolis təbii antibiotikdir. Pətəyin içərisindəki propolis, bal və mum isti havanın təsiri ilə müəyyən qədər buxarlanaraq havaya qarışır. Xəstənin həmin hava ilə nəfəs alması olduqca müsbət təsir göstərir.   Hava, arıların titrəyişləri və pətəkdə olan səs sakitləşdirici müalicə şəraiti yaradır. Pətək havası ilə nəfəs almaq oksigenin artırılması nəticəsində qan dövranını yaxşılaşdırır, kiçik qan dövranına təsir göstərir, ağciyərdə olan durğunluğu aradan qaldırır və antiallergik təsir edir. Xüsusilə allergik rinit, allergik faringit, allergik bronxit, baş ağrıları, miqren kimi xəstəliklərdə geniş istifadə olunur".

Onun dediyinə görə, müalicə məqsədilə istifadə edilən arılar təbii şəraitdə, heç bir dərman preparatlarından istifadə olunmadan bəslənilməlidir.