Fransada anomal istilər səbəbindən bir nəfər ölüb


Dünya 29 İyn 2019 22:53:00 242 0

Fransada anomal istilər səbəbindən bir nəfər ölüb

Fransanın Voklyuz departamentində anormal istilər səbəbindən bir nəfər həlak olub, beş nəfər isə xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Dauphiné Libéré" qəzeti xəbər verib.

Qeyd edilir ki, bu, Fransada anormal istilik səbəbiylə ilk rəsmi olaraq təsdiqlənmiş ölüm hadisəsidir.

Qeyd edək ki, Fransada iyunun 24-dən anormal istilər müşahidə edilir. Cümə günü Fransada mütləq temperatur rekordu iki dəfə qırılıb. Əvvəlcə Karpantura şəhərində (Voklyuz departamenti) 44,3 dərəcədə istilik qeydə alınıb. Bundan sonra Vilvyey kommunasinda hava temperaturu 45,1 dərəcəyədək yüksəlib.