Sabunçu polisi itkin düşən iki kişini tapdı


Digərləri 29 İyn 2019 22:54:00 264 0

Sabunçu polisi itkin düşən iki kişini tapdı

Bakıda bir gündə itkin düşən iki nəfər tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, itkin düşən şəxsləri Sabunçu polisi tapıb.

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də itkin düşən Mazanlı Tərxan Vahid oğlu və Dünyamalıyev Əli Qəmbər oğlunun yerləri müəyyən edilərək tapılıblar.

Hər iki şəxs ailəsinə təhvil verilib.