Grenlandiyada buz təbəqəsinin altında onlarla göl tapıldı


Digərləri 29 İyn 2019 22:55:00 257 0

Grenlandiyada buz təbəqəsinin altında onlarla göl tapıldı

Araşdırmaçılar Grenlandiyada buz təbəqəsinin altında olan 56 yeni buzaltı gölü kəşf etdi. Bu kəşflərlə birlikdə bilinən cəmi buzaltı gölün sayı 60 oldu.

Bəzən buzlaqların altında göllər meydana gəlir. Bu buzaltı göllərinin ortaya çıxmasına səbəb olan müxtəlif faktorlar var. Bunların arasında buzun ağırlığından qaynaqlanan təzyiq, buzların sürtünmə səbəbiylə istiləşməsi və əriməsi, Yer qabığındakı termal hərəkətlər kimi səbəblər olur.

Ümumiyyətlə Antarktika böyük buzaltı gölləriylə məşhur olsa da, Grenlandiyanın da 4 ədəd daha kiçik ölçüdə gölü olduğu bilinirdi. Son araşdırmalarla birlikdə bu göllərə 56 dənə daha yeni göl əlavə olundu və ədəd 60-a çıxdı.

Nature Communications dərgisində nümayiş olunan Grenlandiyada sub-buzlaq göllərinin yaranması və dinamikası" (Distribution and dynamics of Greenland sub-glacial lakes) adlı məqalə, Grenlandiya boyunca edilən ilk axtarışın nəticələrini ehtiva edir.