Husilər Yəmən ordusunu BMT binasının atəşə tutulmasında ittiham edib


Digərləri 29 İyn 2019 22:34:00 191 0

Husilər Yəmən ordusunu BMT binasının atəşə tutulmasında ittiham edib

"Ənsar Allah" hərəkatından olan Yəmən üsyançıları (husilər) ölkə ordusunu Hodeyda limanında yerləşən BMT binasının atəşə tutulmasına görə ittiham edib

Bakı. "Ənsar Allah" hərəkatından olan Yəmən üsyançıları (husilər) ölkə ordusunu Hodeyda limanında yerləşən BMT binasının atəşə tutulmasına görə ittiham edib. Trend-in məlumatına görə, bu barədə "əl-Masira" telekanalı xəbər verib. Bildirilir ki, ordu Hodeyda şəhərinin cənubunda ər-Rabsa rayonunda yerləşən BMT binasını minaatan mərmiləri ilə atəşə tutub.