QuraniKərimdə ‘qəzəbə düçar olmuşlar’ və ’azğınlar’ kimlərdir?


Digərləri 29 İyn 2019 22:20:00 237 0

QuraniKərimdə ‘qəzəbə düçar olmuşlar’ və ’azğınlar’ kimlərdir?

Qurani-Kərimdə Firon, Qarun, Əbu-Ləhəb kimilər, Ad, Səmud, Bəni-İsrail kimi qövmlər qəzəbə düçar olmuş kimi tanıtdırılmışdır. ("Nisa"/116, "Fəth"/6, "Bəqərə"/61, "Ali-İmran"/110-112, "Ənfal"/16, "Bəqərə"/108, "Nəhl"/106, "Mumtəinə"/1.)

Son.az maide.az-a istinadən bildirir ki, Qurani-Kərimdə Bəni-İsrailin yaşayış və inkişaf prosesi bəyan olunmuşdur. Onlar bir zaman başqalarından üstün həyat keçirmişlər. ("Bəqərə"/47.) Amma bu üstünlükdən sonra öz əməl və rəftarları səbəbindən Allahın qəzəbinə gəlmişlər. ("Bəqərə"/61.) Onların taleyindəki dəyişikliyin səbəbi əməl və rəftarlarındakı dəyişiklik olmuşdur. Yəhudi alimləri Tövratın səmavi göstərişlərini təhrif etdilər. ("Nisa"/46.) Onların tacirləri və sərvətliləri də sələm, haram və dünyapərəstliyə üz tutdular. ("Nisa"/161.) Xalqın da böyük hissəsi cihad və mübarizə qarşısında dünyapərəstlik və qorxu səbəbindən cəbhəyə getməkdən, müqəddəs əraziyə daxil olmaqdan imtina etdilər. ("Maidə"/24.)

Bu azğınlıqlar səbəbindən Allah onları izzət və fəzilət zirvəsindən zillət və alçaqlıq uçurumuna endirdi.

Biz hər namazımızda Allahdan istəyirik ki, qəzəbə düçar olmuşlar kimi olmayaq. Yəni Quranı təhrif etməkdən, sələm əhli olmaqdan, haqq yolda cihaddan qaçmaqdan, eləcə də, yolumuzu azmaqdan amanda qalaq. Haqqı tərk edib batilə üz tutanlar öz din və imanlarında təfrit və ifrata yol verdilər, nəfs istəkləri səbəbindən Allahdan qeyrilərinə itaət etdilər. ("Maidə"/77.)

İnsan "Həmd" surəsində surədə peyğəmbərlərə, şəhidlərə, salehlərə və onların yoluna öz eşqini, dostluğunu izhar edir və tarixin qəzəbə düçar olanlarına və azğınlarına arxa çevirir. Bu, təvəlla və təbərranın (Allah yolunda dostluq və düşmənçiliyin) bir nümunəsidir.

Quranda "azğınlar" ("zallin"):

Zəlalət sözü Quranda iki yüz dəfəyə yaxın qeyd olunmuşdur. Bu söz, bəzən çaşqınlıq ("Maidə/77), bəzən puçaçıxma ("Zuha"/7), adətən isə "azğınlıq" mənasında işlədilmişdir.