Kənd təsərrüfatı təxnikaları ƏDVdən azad edilir


Digərləri 29 İyn 2019 21:46:00 383 0

Kənd təsərrüfatı təxnikaları ƏDVdən azad edilir

Kənd təsərrüfatı təxnikalarının əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən ƏDV-dən azadolma qeyd edilən qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ilə yanaşı, onların istehsalına da tətbiq ediləcək. Eyni zamanda, təsdiq edilmiş siyahı üzrə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışı da ƏDV-nin tətbiqindən azad olunacaq.

Kənd təsərrüfatı nazirliyi yanında Aqrar kredit və inkişaf agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, dəyişiklik özündə bir neçə vacib məqamı ehtiva edir.Kənd təsərrüfatı texnikalarının istehsalının ƏDV-dən azadedilməsihəm dövlət , həm də fermerlərin büdcəsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Agentlik sədrinin sözlərinə görə, Kənd təsərrüfatı texnikalarının istehsalınınƏDV-dən azadolunmasi ilə bağlı dəyişikliklər parlament tərəfindən qəbul olunarsa, bu növbəti ildən qüvvəyə minəcək. Mirzə Əliyev həmçinin kənd təsərrüfatında sığorta haqları məsələsinə də toxunub. Bildirib ki, risklər çox olduğundan və sığorta şirkətləri kənd təsərrüfatındapüxtələşmədiyindən bu sahədə problemlər mövcüd idi. Hazırlanan yeni sistemin köməyi ilə sığorta xərcləri əhəmiyyətli dərəcədə ucuzlaşacaq.